Abdullah Avcı Azərbaycana gəlməkdən imtina etdi

Abdullah Avcı AFFA-nın təklifini geri çevirib. Newsport.az xəbər verir ki, bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.

Məlumata görə, türkiyəli mütəxəssis yığma komanda çalışdırmağı düşünmür. O, karyerasını Tükriyənin böyük klublarında və ya ölkə xaricində davam etdirmək niyyətindədir. Xəbərdə millimizə digər əsas namizədlər Covanni De Byazi və Çezare Prandelli göstərilib.

Qeyd edək ki, Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right