Rayan Giggz Qurban Qurbanovla görüşdü Fotolar

Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giggz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və “Azərsun Arena”da olub.

Newsport.az-ın xəbərinə görə, o, hər iki arena ilə yaxından tanış olub. Giggz ziyarət zamanı “Qarabağ”ın baş meneceri Asif Əsgərovla görüşüb.

Qeyd edək ki, Giggiz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

O, səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.

Giggiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right