"Keşlə"nin qolunda oyundakənar vəziyyət

Premyer Liqanın 18-ci turunda "Keşlə" "Zirə"ni qəbul edir.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin ilk qolunu 20-ci dəqiqədə Şahrux Qadoyev vurub. Lakin hücumun başlanğıcında Sezar Meza Kollinin ötürməsi anında Aleşandr Kriştovao oyundankənar vəziyyətdə olsa da, bu, yan xətt hakimlərinin gözünən yayınıb və anqolalı futbolçu hücumu davam etdirib.

Onun ötürməsindən sonra Qadoyev hesabı açıb. Epizodun təkrarında Kriştavaonun ofsaydda olduğu aydın görünüb.

Qarşılaşmanı Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadası idarə edir.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right