Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım. Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq əzmkarlıq məni qane etdi. Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq. Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə müdafiə planında axsamalar var”. 

 

Baxşıyev qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub:

 

“Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi. Yeni gələnlərdən Nikolas Raysel zədəli olduğu üçün bu gün oynamadı. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük.

 

Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir. Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Azərbaycan futbolu mütəmadi şans əldə etsə, İdrisin simasında yaxşı futbolçu qazanacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right