"Qəbələ"nin imza atdırdığı yeni legioner

“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.

Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər əyalət təmsilçisinin formasını geyinəcək. 21 yaşlı oyunçu buna qədər vətənində çıxış edib. O, “Pumas”ın şərəfini qoruyub.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right