"Qəbələ"nin "Neftçi" ilə 52-ci deuli

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tur start götürəcək.

 

Newsport.az-ın məlumatına görə, “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Bu, iki komanda arasında 52-ci oyun olacaq. Rəqiblər Qəbələ şəhər stadionunda keçiriləcək matça qədər 51 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 22 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən futbolçuları 71 qol buraxıb.

 

Premyer Liqa çərçivəsində 47-ci duel öncəsi üstünlük paytaxt təmsilçisinin tərəfindədir. “Qəbələ” əvvəlki 46 oyunda 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 21 dəfə uduzub. 58 qola imza atan qəbələlilər 65 top buraxıb.

 

“Qəbələ” 26-cı dəfə öz meydanında “Neftçi”ni qonaq edəcək. Əvvəlki 25 görüşdə Qəbələ təmsilçisi 8 dəfə qalib gəlib. 5 heç-heçə edən meydan sahibləri 12 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda hər iki komanda 34 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right