"Hamı "Qarabağ"ı məğlub edəcəyimizi düşünürdü" - belçikalı məşqçi

Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları görüşü xatırlayıb.

Newsport.az xəbər verir ki,  49 yaşlı mütəxəssis buna çox məyus olduqlarını bildirib:

"İlk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edəcəyimizi düşünürdü. Bu oyunu böyük maraqla gözləyirdik. Uduzduğumuz üçün bütün azarkeşlər məyus olmuşdu".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah