“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə qarşı Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilir. Turun açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Bu, "Qəbələ"nin qış fasiləsindən sonra ardıcıl 4-cü məğlubiyyətidir. Digər görüşdə isə "Keşlə" "Zirə"ni qəbul edib. Ötən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Zirə" bu dəfə qapısından 4 cavabsız qol buraxıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

22 fevral (şənbə)

17:00. “Keşlə” – “Zirə” - 4:0
Qol:
 Şahrux Qadoyev, 20, Vüsal İsgəndərli, 45, Şahrux Qadoyev, 71, Pərviz Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
“ASK Arena”

 

15:00. “Qəbələ” – “Neftçi” - 0:2
Qol: 
Anton Krivotsyuk, 8, Baqali Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right