"Qəbələ" - "Neftçi": 52-ci duel

Sabah Azərbaycan Premyer Liqasında XVIII tur start götürəcək. Newsport.az xəbər verir ki,  “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. 
 
Bu, iki komanda arasında 52-ci oyun olacaq. Rəqiblər Qəbələ şəhər stadionunda baş tutacaq matça qədər 51 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 22 matçdan məğlub ayrılıb. 
 
Premyer Liqa çərçivəsində 47-ci duel öncəsi üstünlük paytaxt təmsilçisinin tərəfindədir. “Qəbələ” əvvəlki 46 oyunda 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 21 dəfə uduzub. 58 qola imza atan əyalət təmsilçisi 65 top buraxıb.
 
“Qəbələ” 26-cı dəfə öz meydanında “Neftçi”ni qonaq edəcək. Əvvəlki 25 görüşdə "qırmızı qaralar" 8 dəfə qalib gəlib. 5 heç-heçə edən meydan sahibləri 12 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda hər iki komanda 34 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right