AFFA-dan geyim dəsti ilə bağı tender

AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyununda təhlükəsizlik əməkdaşları üçün geyim dəstinin alışı ilə bağlı AFFA tender elan edir. Geyim dəsti ilə bağlı məlumatla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Geyim dəsti ilə bağlı məlumat:
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən malların 10.05.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 04.03.2020-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right