Millimizin futbolçusu "qırmızı" aldı, ara qarışdı, oyun bitmədi

İspaniya Sequndasının XXVIII turu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Newsport.az xəbər verir ki, "Albasete"nin yarımmüdafiəçisi "Rayo Valyekano" ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Oyun 0:0 olarkən yarımçıq dayandırıldığından ikinci hissə keçirilməyib. 27 oyunda 30 xal toplayan "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right