Qarayev niyə Azərbaycan millisindən imtina etdi?

“Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm. AFFA-dan mənə zəng vuraraq demişdilər ki, 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda qururlar".

Newsport.az xəbər verir ki, bu sözləri 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü David Qarayev deyib.

Rusiyanın “Kamaz” klubunun futbolçusu yerli mətbuata açıqlamasında  yığmamızdan dəvət aldığı dönəmi xatırlayıb. O, artıq Rusiya vətəndaşlığı aldığını bildirib: "Həmin vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Mən yalnız Rusiya vətəndaşlığını istədiyimi bildirdim. Belədə mənə daha asan olur. Belə vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah