"Yaxşı söz deyə bilmərəm" "Keşlə"nin futbolçusu

"Keşlə"nin futbolçusu Aleksandr Kristavau Azərbaycan Premyer Liqasının 17-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Nəsə demək çox çətindir. Ölkənizdə 3-cü oyunum idi. İki vacib görüşdə məğlub olduq. Hələ ki, oyunum haqda yaxşı söz deyə bilmərəm. Son iki görüş çox da pozitiv keçmədi.

- Çempionata tez alışa bildinizmi?

- Əlbəttə ki, asan deyil. Mövsümün ortasında komandaya gəlmək və tez alışmaq, elə də asan deyil. Amma bu, mənim işimdir. Əlimdən gələni etməyə çalışacağam ki, komandaya tez bir zamanda daha çox fayda verim.

- "Keşlə"yə gəlməmişdən öncə "Sabah"ın düşərgəsində baxışda olmuşdunuz, hətta, bəyənilmişdiniz. Bizdə olan məlumata görə, maliyyə məsələsinə anlaşma olmamışdı. Ümumiyyətlə, "Sabah"a keçid niyə alınmamışdı?

- Daha yaxşı təklif gözləyirdim. Mənim üçün çox da rahat deyildi. "Dinamo" (Buxarest) ilə müqavilə bağlamağı daha üstün tutdum.

- Azərbaycan Premyer Liqasına uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Bu barədə bir söz deyə bilmirəm. Mənim üçün hazırda ən vacibi tez bir zamanda uyğunlaşmaqdır.

- İndi "Keşlə"nin vuran ayağı Frutosdur. Ən məhsuldar oyunçudur. Özünüzü onunla rəqabət aparmağa hazır sayırsınızmı?

- Frutos "Keşlə"nin əsas futbolçularından biridir. Onun burada olmağı məni daha yaxşı edir. Öz üzərimdə daha çox çalışıram. Kim əsas heyətdə oynayır, kim ehtiyatda qalır, bu, sadəcə məşqçinin qərarıdır. Mən öz oyunuma fikir verirəm. Daha yaxşı olmağa çalışıram ki, əsas heyətdə yerimi qazanım.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right