"Qarabağ" "Bavariya" və "Yuventus"u qabaqladı

Avropanın aparıcı çempionatlarında yoluna məğlubiyyətsiz davam edən  tək komanda “Liverpul”dur. Newsport.az xəbər verir ki, Premyer Liqanın lideri çempionatda  keçirdiyi 26 oyunda 25 qələbə və bir heç-heçə edib.

İspaniya La Liqasınına başçılıq edən  “Real Madrid” 24 görüşdə cəmi bir dəfə məğlub olub. Madrid klubu 23 oyunda 15 qələbə qazanıbsa, 8 matçda meydandan “sülh”lə ayrılıb.

Bundesliqa birincisi “Bavariya” isə cari mövsümdə çempionatda 22 görüşə çıxıb. Münhen təmsilçisi bu oyunların 4-də meydanı xalsız tərk edib.

A Seriyasının son çempionu “Yuventus”  24 qarşılaşmada 3 məğlubiyyət alıb. Turin klubu digər 21 matçda 18 qələbə, 3 heç-heçə edib.

Azərbaycan çempionatının lideri “Qarabağ” isə hələlik “Real madird”lə eyni performansı göstərir. Son ölkə çempionu geridə qalan 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub. Ağdam klubu 16 oyunun 5-dən meydanı bir xalla tərk etsə də, 11 qarşılaşmadan qələbə ilə ayrıla bilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right