Dmitri Nazarovdan cari mövsümdə 8-ci qol

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda “Holştayn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
 
22 turdan sonra 30 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right