"Neftçi" "Keşlə"yə, "Səbail" "Qəbələ"yə qalib gəldi Yenilənib

Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ikinci gündə iki matç baş tutub. "Səbail" evdə "Qəbələ" ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Günün digər matçında da turnir cədvəlində qonşu pillərdə qərarlaşan komandalar qarşılaşıb. 2-ci yer uğrunda mübarizə aparan "Neftçi" və "Keşlə" “Bakcell Arena”da üz-üzə gəlib. Bu oyunda da meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

16 fevral

19:00. “Neftçi” – “Keşlə” - 3:1
Qollar:
 Dabo, 11 (1:0), Mbodj, 18 (2:0), Meza Kolli, 53 (2:1), Stiven Monroz, 58 (3:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”

 

 

16:30. “Səbail” – “Qəbələ” - 3:1
Qollar: Nikolas Raysel, 16 (0:1), Mirsahib Abbasov, 56 (1:1), Rauf Əliyev, 70 (2:1), Hendrik Ekşteyn, 82-pen. (3:1)
Qırmızı vərəqə: Fernan Lopez, 75 ("Qəbələ" - ikinci sarı vərəqə)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right