Cavid də qovuldu

"Zirə" Azərbaycan Premyer Liqasının 17-ci turunda hazırda davam edən "Qarabağ"la matçda 10 nəfərlə qalıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin kapitanı Cavid Hüseynov komandasını azlıqda qoyub. O, görüşün  67-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, "Zirə"nin digər futbolçusu Ağabala Ramazanov da ötən tur "Sumqayıt"la matçda birbaşa qırmızı vərəqə almışdı, həmçinin İlkin Muradov iki sarı vərəqə alaraq meydandan qovulmuşdu.

Dalbadal iki tur iki aparıcı oyunçunun birbaşa qırmızı vərəqə alması "Zirə"də intizamla bağlı problemlərin olduğunu göstərir. Baş məşqçi Zaur Həşimovun artıq bu məsələ ilə bağlı ciddi ölçü götürməyinin vaxtı çatıb. Çünki bu gedişat gələcəkdə "Zirə"nin nəticələrinin daha da pisləşməsinə gətirib çıxaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right