"Zirə" Ağabala və İlkini cəzalandırıb

"Zirə" komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a qarşı keçirəcəyi oyuna da futbolçu itkiləri ilə çıxacaq.

 

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxaq. 

 

Bundan başqa, ötən tur səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb (report).

 

Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.

 

Fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right