"U-23 milliyə ehtiyac yoxdur" Elxan Məmmədov

Bu gün “Azərbaycan Radiosu”nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub. Newsport.az xəbər verir ki, qurum rəsmisi canlı yayım vaxtı AVRO-2020 ilə yanaşı, bir çox məsələlərə aydınlıq gətirib.

Aparıcı İlkin Baba və Günay Tehranqızının suallarını cavablandıran Elxan Məmmədov futbol üzrə U-23 millimizin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib:

​“İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hal-hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right