Paşayev oynamadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Antalyada davam edən təlim-məşq toplanışı çərivəsində növbəti yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, komanda “Dnipro -1” kollektivi ilə qarşılaşıb. Paşayevin çıxış etmədiyi matçda “Aleksandriya” görüşdən 1:2 hesabı ilə məğlub ayrılıb. Millimizin üzvünün adı oyunun iştirak ərizəsində olsa da, Pavel meydana daxil olmayıb.

Qeyd edək ki, bu, “Alkesandriya”nın yoxlama görüşlərində aldığı ilk məğlibiyyət olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right