“Neftçi” ilə oyunda məni heyrətləndirdilər”

“Qarabağ”ın heyətində ilk oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.

Newsport.az xəbər verir ki, bunu “Qarabağ”ın yeni hücumçusu Kvabena Ovusu deyib.

Qış transfer dönəmində Azərbaycan klubuna transfer olunan Qana millisinin üzvü Premyer Liqanın XVI turunda “Neftçi” ilə keçirilən qarşılaşmada debüt edib.

“Leqanes”dən gələn afrikalı “Qarabağ”la 3,5 illik müqavilə bağlay “kickgh.com”a təəssüratlarını bölüşən 22 yaşlı forvard 0:0 hesabından məmnun qalmadığını söyləyib:

“Heç-heçəyə baxmayaraq, azarkeşlər bizi sona qədər dəstəklədilər. Bu da məni heyrətləndirdi. Düzdür, bu, istədiyimiz nəticə deyildi.

Ancaq bundan sonra ən yaxşısına ümid edirik. Bundan sonrakı matçlarda azarkeşlərimizə qələbə sevinci bəxş edəcəyimizə söz verirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right