Asmir Beqoviç "Qarabağ"dakı oyunu ilə milliyə dönür

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən, hazırda isə İtaliyanın "Milan" klubunda icarə əsasında oynayan Asmir Beqoviç Bosniya və Herseqovina yığmasına dönəcək.

 

Newsport.az xəbər verir ki, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperlə əlaqə saxlayıb, onu milliyə qaytaracaqlarını deyiblər.

 

Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Herseqovina yığmasında oyun keçirib. Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.

 

Azərbaycan çempionu "Qarabağ" mövsümün əvvəlində Beqoviçi "Bornmut"dan 4 aylıq icarəyə götürmüşdü. O, Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb. Qolkiper yeni klubu "Milan"da debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right