"Moskvada onu başqa uğursuzluq gözləyirdi" Ruslar Ramildən yazdı

Rusiyanın sportbox.ru saytı 2020-ci ilin fevralında hələ də klubsuz olan məşhur futbolçuların siyahısını dərc edib.

Newsport.az xəbər verir ki, siyahıda millimizin üzvü Ramil Şeydayev də yer alıb. Ruslar ötən ay Moskva "Dinamo"sundan ayrılan 23 yaşlı hücumçu ilə bağlı bunları yazıb:

"Zenit"in yetirməsinin karyasının daha parlaq inkişafı üçün bütün imkanları var idi. Avro-2013-ün qalibi, Avro-2015-in finalçısı 17 və 19 yaşlılardan ibarət komandalarda erkən debüt etdi. Ramil medianın və xarici klubların diqqətini çəkdi. Rusiyada möhkəmlənməyi bacarmayıb "Trabzonspor", "Jilina", "Qarabağ"da oynadı və 2018/19 mövsümündə Rusiya Premyer Liqasına qayıtdı. "Krılya Sovetova"da 4 qol vurdu. Əvvəlcə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəvətini qəbul etdi və yığma üçün qol vurmağa başladı. Göründüyü kimi işlər ahəngində keçdi və "Dinamo" hücumçunu transfer etdi. Ancaq Moskvada onu başqa bir uğursuzluq gözləyirdi. Cari mövsümdə əvvəlcə oynadı, amma sonra ehtiyat oyunçular skamyasında oturdu. Yanvarın əvvəlində "Dinamo" Ramilə təzminat ödəmədən onunla müqaviləni birtərəfli ləğv etdi. Məsələ məhkəməyə qədər çatdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right