"Siz bizi “Qarabağ”la müqayyisə etməyin”

Qazaxıtanın “Jetısu” klubunun baş məşqçisi Dmitri Oqay komandasının çox yaxşı hazırlıq keçirdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis yoxlama oyunu çərçivəsidə “Qarabağ”a qarşı keçirilən yoxlama görüşündən (0:1) də danışıb:

“Biz fasiləni çox yaxşı keçirdik. Komandamın performansı bizi qane etdi. Nəticə üçün çalışmaq vacibdir. Biz də istəyirik ki, daha yaxşı olaq.

Bəzən alınır, bəzən isə bacarmırıq. Yoxlama oyunları belə şeyləri görmək üçün yaxşı fürsətdir. Həmin görüşlərin fərqli bir ab-havası olur.

Biz bu oyunların nəticəsinə çox önəm verməsək də, futbolçuların çıxışını ciddiyə alırıq. Bir neçə belə görüş keçirdik.

“Qarabağ”a qarşı keçirilən oyunda da pis təsir bağışlamadıq. Ancaq məğlub olduq. Rəqib də güclü idi. Siz bizi “Qarabağ”la müqayyisə etməyin”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right