“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Zirə” – “Tufan” oyununda “Zirə”nin 6 nömrəli futbolçusu Elnur Mirzəyev qarşılaşmanın 70-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.

U-17 Liqasında keçirilməli olan “Səbail” – “Xəzər Lənkəran” oyunu “Xəzər Lənkəran”ın təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Buna görə də “Xəzər Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında keçirilməli olan “Xilə” – “Zirə” oyunu “Xilə”nin təyin olunan vaxtda meydana çıxmaması səbəbindən keçirilməyib. Buna görə “Xilə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasının “Neftçi İK İB” – “Sumqayıt” oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Zahir Əsgərzadə hakimlərin otağına daxil olaraq kəskin formada etiraz etdiyi üçün məşqçiyə ciddi xəbərdarlıq olunub.

U-14 Liqasının “Muğan PFK” – “Xəzər Lənkəran” oyununda “Xəzər Lənkəran”ın futbolçusu Emil Həsənov qarşılaşmanın 59-cu dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə alardığına görə 1 oyunluq cəzalanıb.

U-13 Liqasının “Qarabağ” – “Sabah” oyununun birinci hissəsi başa çatdıqdan sonra “Qarabağ”ın baş məşqçisi Rövşən Qasımov meydana daxil olaraq hakimə kəskin etiraz etdiyinə görə qırmızı
vərəqə aldıraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Masallı” – “Məhsul” (Cəlilabad) oyununun 7-ci dəqiqəsində “Məhsul”un baş məşqçisi Elçin Əsgərov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Region Liqasının “Neftçala” – “Ərkivan” oyununda “Neftçala”nın heyətində protokolda adı qeyd edilməyən Sehran Babayevin oynamasına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Bakı” TFK – “Nəqşicahan” matçında “Bakı”nın futzalçısı Fərid Səmədzadə sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Forza Neftçi” – “Badamlı” matçında “Forza Neftçi”nin futzalçısı Misir Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Badamlı”nın futzalçısı Ali Mikaeili ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right