Millimizə namizəd məşqçi İtaliya klubunda

İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komandanı Luici Di Byaco çalışdıracaq. O, bu vəzifədə Leonardo Sempliçini əvəzlləyib.

48 yaşlı mütəxəssis Azərbaycan millisinin də baş məşqçi vəzifəsinə namizədlərdən biri idi. Di Byaco yeni klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right