Azərbaycan Premyer Liqasının ən bahalı oyunçusu

Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçunun adı açıqlanıb. Newsport.az xəbər verir ki, bu barədə məşhur "transfermarkt.com" saytı məlumat yayıb.

Araşdırmaya görə, Ağdam klubunun ən bahalı futbolçusu Abdullah Zubirdir. Mərakeş əsilli futbolçunun dəyəri 1 milyon 600 min avro olaraq göstərilib. 28 yaşlı yarımmüdafəçi “Qarabağ”a transfer olarkən onun qiyməti 1 milyon avro idi. Lakin oyunçunun Ağdam təmsilçisindəki performansı onun dəyərini artırıb və komandanın ən bahalı futbolçusu edib.

Zubirdən sonra heyətdəki ən dəyərli oyunçu Flip Ozobiç olub. Xorvatiyalı futbolçunun dəyəri 1 milyon 300 min kimi qiymətləndirilib. 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”a “Qəbələ” klubundan keçib. Xorvatiyalının “qırmızı-qaralar”dakı dəyəri 800 min avro göstərilsə də, futbolçunun çıxışı qiymətini yüksəldib.

“Köhlən atlar”ın ən ucuz oyunçusu isə Musa Qurbanlıdır. Qurban Qurbanovun oğlu son dönəmlərdəki performansı ilə diqqətləri üzərinə çəkməyi bacarsa da, hələlik dəyərində ciddi bir artım yoxdur. 18 yaşlı futbolçunun qiyməti 75 min avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right