Elvin Yunuszadə Bosniya və Herseqovina klubunda

Qış fasiləsində "Səbail"dən ayrılan Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. O, yüksək liqa təmsilçisi "Çelik"lə anlaşıb. Elvin Zenitsa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Futbolçu ötən gün Bosniya və Herseqovinaya yollanıb.

"Qırmızı-qaralar"ı ötən ildən türkiyəli mütəxəssis Ümit Özat çalışdırır.

Elvinin "Çelik"ə keçməsində "Qarabağ"dakı sabiq komanda yoldaşı, bosniyalı qapıçı ibrahim Şehiç də köməklik edib.

Azərbaycan millisində də forma geyinmiş müdafiəçi "Neftçi" və "Qarabağ"da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right