"Proqnoza inanmıram, Allahın işidi" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında XVI turun “Qarabağ” – “Neftçi” (0:0)  oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbganov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri oldu. Hər iki komanda epizodlarda ehtiyat edirdi. Hər iki komanda intizamını göstərdi. Bu da çox önəmlidi. Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandı. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi.

- Hava şəraitinin dəyişəcəyi əvvəlcədən bilinirdi. Oyunun saatının gec olmasında PFL-lə məsləhətləşmə olmuşdumu?
- Olmamışdı. Açığı, proqnoza inanmıram, Allahın işidi. Gec saat oyun olanda futbolçu daha yaxşı  azırlaşa bilir. Hətta səhər məşq də edə bilir. Gündüz də eyni hava şəraiti olur. Mən oyunların gec saatlarında keçirilməsinin tərəfdarıyam.

- Komanda neçə turdan sonra sizin istədiyiniz səviyyədə olacaq?
- Bəli, komanda hələ tam hazır deyil. Adətən belə vəziyyətlərdə 3-4 oyundan sonra formaya düşür. Bu da bəzilərinin daha yaxşı hazırlıqlı, digərlərinin aşağı hazırlıqlı olması ilə bağlıdır. Bəzən zədə olur, bəzən kiməsə daha çox istirahət veririk. Nə qədər hazır olmasa da, futbolçu xarakter göstərirsə, yaxşı oynaya bilər. Hər oyundan sonra 6-7 günlük fasilə olur. 3-4 turdan sonra komanda daha dinamik hala düşəcək.

- Sonuncu dəfə hansı dönəmdə ardıcıl iki oyunu eyni heyətlə keçirmisiz?
- Bunu xatırlamıram. Mən “11-liy”i çox da dəyişmirəm. Avrokubok matçları zamanı belə dəyişikliklər olur. Nadir hallarda dəyişikliklər edirəm. Statistikaya baxacam.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah