Zaur Həşimov: "Çox göylərə qalxmaq lazım deyil"

Premyer Liqanın 16-cı turunda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Sumqayıt”ın oynadığı futbol göstərir ki, Ayxan Abbasovun adı boş yerə milliyə namizəd göstərilmir. Bizi çox yaxşı təhlil etmişdilər. Məğlubiyyəti gözləyirdik. Yerində olan məğlubiyyət idi. Bu, göstərdi ki, çox göylərə qalxmaq lazım deyil. Transfer dövründə artıq bizi avrokuboklara namizəd göstərirdilər. Ancaq bu məğlubiyyət yerində oldu. Əsas oyunlar bundan sonra olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right