"Sumqayıt" - "Zirə" oyununda ara qarışdı FOTOLAR

Premyer Liqanın 16-cı turunun "Sumqayıt" - "Zirə" matçında qalmaqal baş verib.

Newsport.az-ın məlumatına görə, matçın 37-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi İlkin Muradov Əmir Ağayevlə mübarizə zamanı ikinci sarı vərəqə alaraq, oyunu tərk edib.

"Zirə"nin kapitanı Cavid Hüseynov komanda yoldaşının bilərəkdən dirsək zərbəsi vurmadığını bildirərək baş hakim Orxan Məmmədova kəskin şəkildə etiraz edib. Az sonra insident daha da böyüyüb. Kütləvi toqquşma zamanı "Zirə"dən Cavid Hüseynov, "Sumqayıt"dan isə Əmir Ağayevlə Peyman Babayi sarı vərəqə alıblar.

 

























Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right