"Dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu" - Beqoviç

"5 dəqiqəyə qərar verdim. Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu. Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim".

Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç deyib. 32 yaşlı bosniyalı qolkiper BBC-yə müsahibəsində "Milan"a keçidi ilə yanaşı, komanda yoldaşı Zlatan İbrahimoviç haqda da danışıb.

 "Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır. Həm meydanda, həm də kənarda öz töhfəmi vermək üçün buradayam. Zlatan isə kollektivə liderlik gətirdi. Möhtəşəm insandır və çox peşəkardır. Hər kəs üçün nümunədir. O, hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir" -  deyə, Beqoviç bildirib.

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib. Ötən ay "Milan"a da icarə ilə keçən qapıçı  mövsümün sonunadək İtaliya təmsilçisində çıxış edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right