"Baxıb nəyə nail olacağıq ki?" - Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Fasilədən sonra öz meydanımızda ilk oyunumuz idi. Həyəcan hiss olunurdu. Rəqib bizi əks-hücumlarda yaxalayırdı. Öz oyunumuzu qura bilmirik. Bu gün şans bizim tərəfimizdə deyildi. Bir səhv məğlubiyyətə gətirib çıxardı. Vaxt lazımdı. Komandaya irad da bildirə bilmirəm. Qalib gəlmək istəyirdik, amma şansımız gətirmədi.

- Bu nəticə “Neftçi”ylə oyuna təsir edə bilər?

- Bir məğlubiyyət nəyəsə təsir edə bilməz. Futbolda məğlubiyyət də var, qələbə də.

- “Keşlə”nin “Səbail”lə oyunları alınmır sanki…

- Elə komandalar olur ki, xoş rəqib olmur. Bu, dünya futbolunda da var. Bizim üçün də bu mövsüm arzuolunmayan rəqib “Səbail”di.

- Qeydə alınmayan qol epizodunu izlədiz?

- Baxıb nəyə nail olacağıq ki? İndi fikir bildirə bilmirəm. Yalnız epizodu izlədikdən sonra fikir bildirə bilərəm. Onda da nəyisə dəyişmək mümkün olmayacaq.

- Transfer məsələləri ilə bağlı çox həssas mütəxəssis kimi tanıyırıq sizi. Murad Ağayevin transferi nə ilə bağlıdı?

- Murad əvəzedici heyətə çağırılıb. Əsas komandada məşq edir, amma əvəzedici komanda üçün nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right