Şeydayev “Neftçi”dən 400 min dollar istəyir

Rusiya mediası Ramil Şeydayevin karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı dünən xəbər yayıb. Məlumatda bildirilir ki, millimizin hücumçusu “Neftçi”nin maraq dairəsinə düşüb.

Newsport.az-ın məlumatına görə24 yaşlı futbolçunun “ağ-qaralara”a keçməyə yaxın olduğu qeyd olunub. Xəbərdə Şeydayevin də karyerasını yenidən Azərbaycanda davam etdirmək istədiyi bildirilib.

2018-ci ilin yayında “Qarabağ“dan ayrılan Ramil Şeydayevin sonuncu komandası “Dinamo” olub. O, bu qış fasiləsində Moskva təmsilçisindən ayrıldıqdan sonra klubsuzdur.

Sportinfo.az rusiyalı həmkarlarımızın yaydığı informasiyanı Şeydayevin yaxınlarından dəqiqləşdirməyə çalışıb. Redaksiyamıza məlum olub ki, o, həqiqətən Azərbaycana qayıtmağa hazırdır.

Bunun üçün Ramlin maliyyə şərtlərinin yerinə yetirilməsi lazımdır. Yığmanın qolçusu illik 400 min dollar tələb edir. Onun xidmətində Premyer Liqanın 2 iştirakçısı maraqlıdır.

Yəni, müştəri düşən yalnız “Neftçi“ deyil. Amma məsələ ondadır ki, həm “ağ-qaralar“, həm də adı açıqlanmayan digər komanda bu məbləğin aşağı salınmasına çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right