Renat Dadaşov "Vulverhempton"da növbəti qolunu vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, 20 yaşlı hücumçu "canavarlar"ın "Birmingem"li həmyaşıdları ilə görüşdə meydanda olub. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

75-ci dəqiqədə qol vuran Renat komandasını məğlubiyyətdən xilas edib.

 

4 oyundan sonra "Vulverhempton" 8 xalla öz qrupunda liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right