Azərbaycanın bu rayonunda stadion yenidən qurulacaq

 

Şamaxının beş min nəfərlik mərkəzi stadionu əsaslı təmir olunacaq.

Newsport.az-ın məlumatına görə, bir çox tarixi oyunlara şahidlik edən stadion yeddi il “Şamaxı” futbol klubuna xidmət edib.

Klub Azərbaycan çempionatında ev oyunlarını bu məkanda keçirib. Komanda Azərbaycan birinci divizionunda ən yaxşı nəticəsini 1993-cü ildə göstərib. 1994-cü ildə isə maddi çətinliklər səbəbindən fəaliyyətini dayandırıb. Elə o vaxtdan stadion klubsuz və baxımsız qalıb.

Şamaxılıların uzun müddət gözlədiyi xəbəri isə AFFA-nın prezidenti Rövnəq Abdullayev verib. R.Abdullayev mətbuata açıqlamasında Şamaxıda yeni stadionun tikiləcəyini bildirib.

Stadion nümayəndəsi Elşad Hüseynovun sözlərinə görə, artıq AFFA tərəfindən stadiona baxış keçirilib. Tikintiyə mart ayından start verilməsi nəzərdə tutulur.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right