Jelko Sopiç: "Bu, şahmat deyil ki, fiqurları düzəsən"

Azərbaycan Premyer Liqasında XV turun “Zirə” – “Sabah” oyunundan (2:0) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırdı.
 
Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
- Birinci hissədə hər şeyə nəzarət etdik. Sadəcə, “Neftçi” ilə matçdakı kimi son dəqiqələrdə qol buraxdıq. “Zirə” yaxşı komandadı. Hücumda sürətli futbolçuları var. “Zirə”yə qarşı oynamaq asan deyildi. Fasilədən sonra hücuma atıldıq. Bu isə rəqibin sürətli futbolçuları üçün boşluqlar yaranmasına səbəb oldu.
 
- Komanda sizin gəlişinizdən sonra çempionat oyunlarında qol vurmayıb. Hücumdakı “dişsizliy”in səbəbini nədə görürsüz?
- Eyni sualı bir neçə gün əvvəl də soruşmuşdular. Bunu sadəcə hücum xəttindəki futbolçuların “dişsizliyi” ilə əlaqələndirə bilmərəm. Komanda olaraq problemimizdi. “Qəbələ”yə də qolları standart vəziyyətlərdən vurmuşduq. Qol vurmaq üçün əlavə nəsə etməlisən. Bu gün cəhd etdik, ancaq alınmadı.
 
- Yeni transfer Xulio Sezarın bu problemi həll etmək gücündə olduğuna inanırsız?
- Ümid edirəm ki, o, bizə gələcəkdə çox kömək edəcək. Xulio bizimlə sadəcə bir məşqdə iştirak edib. Eyni zamanda Koçuk da 2-3 məşqdə olub. Bu, şahmat deyil ki, fiqurları düzəsən. Onların bizə uyğunlaşması üçün vaxt lazımdı.
 
- “Sabah” bu vəziyyətdən çıxmaq üçün ilk növbədə nə etməlidi?
- Qol vurmalıyıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right