"Zirə"nin "Sabah"la 7-ci dueli

Azərbaycan Premyer Liqasının III dövrəsinə fevralın 1-də start verəcək “Zirə” mövsümün ikinci yarısına “Sabah”la qarşılaşma ilə başlayacaq.

Newsport.az xəbər verir ki, bu, iki komanda arasında 7-ci matç olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada komanda debütanta uduzub. Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.

Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "Zirə" 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan “qartallar” 2 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədir – 1:5.

Bu mövsümdəki qarşılaşmalarda ən sərrast futbolçular hərəyə 3 qol vuran Marko Deviçlə Amadu Diallodur. “Zirə”nin heyətində əvvəlki görüşlərin ən yaxşı bombardirləri hərəyə iki qolla Nicat Süleymanovla Xulio Sezar Rodrigezdi.

Qeyd edək ki, fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 15:00-da başlayacaq.

“Zirə” – “Sabah”: Bütün oyunlar
2018/19 mövsümü
25.08.2018. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 2, 30
27.10.2018. “Sabah” – “Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73
02.02.2019. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68
11.05.2019. “Sabah” – “Zirə” – 0:3
Xulio Sezar Rodriqez, 38, 81; Robin Nqalande, 69
2019/20 mövsümü
31.08.2019. “Zirə” – “Sabah” – 1:1
Soni Norde, 88 // Amadu Diallo, 35
26.10.2019. “Sabah” – “Zirə” – 2:2
Amadu Diallo, 28, 44 // Nicat Süleymanov, 22, 88





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right