Ukraynalı məşqçi millimizin üzvündən danışdı

Pavel Paşeyvin formasını geyindiyi “Aleksandriya” klubunun baş məşqçisi Vladimir Şaran komandasının təlim-məşq toplanışını dəyərləndirib. Newsport.az xəbər verir ki, ukraynalı mütəxəssis millimizin üzvü barəsində də danışıb:

“Hazırlıq çox yaxşı səviyyədə keçdi. Oyunçulardakı istək və əzmkarlıq məni sevindirməyə bilməz. Etiraf edim ki, komandaya qoşulan gənc oyunçuların performansında təsirləndim. Onlar çox yaxşı çıxış etməyə çalışdılar. Təbii ki, müəyyən çatışmamazlıqlar var. Məncə, Dmitro Rudik, Anton Şendrik və Pavel Paşayev kimi təcrübəli oyunçular onlara kömək etməlidirlər. Düşünürəm ki, bizim çox yaxşı kollektivimiz olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right