Pako Alkaser İspaniyaya qayıtdı

"Vilyarreal" "Borussiya"nın futbolçusu Pako Alkaseri transfer edib.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. "Sarı sualtı qayıq" bu keçid üçün 24 milyon avro təzminat ödəyib.

 

26 yaşlı forvard Dortmund klubunda 37 oyuna 23 qol vurub. İspaniya millisinin üzvü daha öncə La Liqada "Valensiya", "Xetafe" və "Barselona"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right