Baş məşqçisi Renatı tərfilədi "Onun böyük ürəyi var"

"Vulverhempton"unun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz oyunçusu Renat Dadaşov haqda müsbət danışıb.

Newsport.az xəbər verir ki, o, “Liverpul”la görüşdə (2:2) qol vuran millimizin hücumçusunu tərifləyib. Kollinz gənc forvardın çox istəkli və çalışqan olduğunu deyib:


"Bura gələndən mənimlə əla münasibətdərir. Onun böyük ürəyi və oyunu idarə etmə bacarığı var. Onun oyunu üzərində işləmək üçün az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, nəyisə özü etməyi sevir.

Düşünürəm ki, ”Liverpul”la qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi. Bunun üzərində işləməli və daha çox fərqlənməlidir. İstəkli futbolçudur, inkişaf etmək istəyir. Renat səhər yuxudan oyananda belə, sənə hər şeyi verməyə hazır olan bir futbolçudur”.
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right