Bakıda döyülən hakim şikayət ərizəsi yazdı və… GERİ GÖTÜRDÜ

Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşməsindən məlumatlısız.

Hadisə “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyununda baş verib.

Belə ki, “Dənizkənarı Bulvar İdarəsi”nin oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün meydançadan kənarlaşdırılıb.

Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi”n dən Ceyhun İmaməli də iştirak edib.

Newsport.az-ın məlumatına görə, referi yaşanan insidentdən sonra şikayət ərizəsi yazıb. H.Ağayev kəllə-beyin travması almasını və iş qabiliyyətini itirməsini orada qeyd edib.

Lakin maraqlıdır ki, hakim araşdırmanın başlamasını gözləmədən iddia ərizəsini geri götürüb. O, “Dənizkənarı Bulvar İdarəsi”nin oyunçularından heç bir şikayətinin olmadığını bildirib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right