Azad Rəhimov AİJF İdarə Heyətinin üzvləri ilə görüşüb FOTOLAR

Yanvarın 29-da Gənclər və idman naziri Azad Rəhimov İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb.

Newsport.az-ın məlumatına görəgörüş zamanı yeni təşkilatın yaranması münasibətilə İdarə Heyəti üzvlərini təbrik edən Gənclər və idman naziri bildirib ki, idman mediasının inkişafına xidmət edəcək belə bir qurumun yaradılmasına çoxdan ehtiyac var idi. İdman jurnalistlərinin nazirliyə mütəmadi müraciətlərini nəzərə alaraq yeni təşkilatın yaranmasına dəstək olduğunu bildirən nazir öz tövsiyyələrini verərək AİJF-yə fəaliyyətində uğurlar arzulayıb.

AİJF idarə heyətinin sədri Qabil Mehdiyev qurumun yaradılmasındakı dəstəyinə görə nazir Azad Rəhimova idman jurnalistləri adından təşəkkür edib.

İdarə heyəti üzvlərini təqdim edən Qabil Mehdiyev artıq iki iclasın keçirildiyini və bir sıra qərarlar qəbul edildiyini, müvafiq komissiyalar yaradıldığını bildirib.

Görüş zamanı Gənclər və İdman Nazirliyi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Federasiyanın 2020-ci il üçün tədbirlər planı, eləcə də digər federasiyalar və idman qurumları ilə birgə görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.

  • Azad Rəhimov AİJF İdarə Heyətinin üzvləri ilə görüşüb
  • Azad Rəhimov AİJF İdarə Heyətinin üzvləri ilə görüşüb

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right