Azərbaycan klubunda gözlənilməz rəhbər istefası

Dünən "CBC Sport"da növbəti "Tok şou" təşkil olundu. Bu dəfə verilişin qonaqları Premyer Liqa klublarının rəhbər şəxsləri idi.

"Qarabağ" və "Səbail"in təmsilçilərindən savayı, elitanın digər iştirakçılarının nümayəndələri canlı efirə çıxmışdı.

Newsport.az-ın məlumatına görə, "Səbail"in idman direktoru Ramin Həsənovun "Tok şou"ya qatılmamasının səbəbini b'lli olub. Məlumata görə, Həsənov klubdan ayrılmaq istəməsi barədə ərizə yazıb.

2017-ci ilin yayından Bayıl təmsilçisində fəaliyyət göstərən Həsənovun istefa verməsinin səbəbləri haqda hələlik dəqiq məlumat yoxdur.

Ancaq bizə məlumdur ki, Ramin bəy "Səbail"dən getmək fikrində olmasını artıq AFFA-ya bildirib və razılıq alıb.

 

Sportinfo.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right