"Qarabağ"ın sabiq hücumçusunun 9-cu klubu

"Qarabağ"ın sabiq futbolçusu, hazırda müqavilə ilə "Benevento"ya məxsus olan Samuel Armenteros icarəyə göndərilib.

Newsport.az xəbər verir ki,  29 yaşlı hücumçu karyerasını "Krotone"də davam etdirəcək. Bu barədə  B seriyası təmsilçisinin saytı məlumat yayıb. O, bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, bu, Armenterosun 9-cu klubu olub. Samuel bundan əvvəl  "Herenven", "Anderlext", "Feyenoord",  "Villem 2", "Qarabağ", "Benevento", "Portlend Timbers"də oynayıb.

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right