"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib.
 
"Gənclər şəhəri"nin gəncləri rəqibinə 4:3 hesabı ilə qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub. Komanda 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.
 
Yoxlama oyunu
“Sumqayıt-2” - “Qarabağ-2” 4:3
Qollar: Fuad Bayramov, Nurlan Quliyev, Cavidan Abbaszadə, Tahir Zeynalov.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right