İsrailli məşqçi "Neftçi"ni yada saldı

“Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasis ölkə mətbuatına müsahibə verib.
Newsport.az xəbər verir ki, israilli mütəxəssis yayda Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdiyi oyunu xatırladıb:
 
“Açığı, bu mövsüm çempionat istədiyimiz kimi getmir. Çempionatda stabil çıxış edə bilmirik. Təbii ki, belə olanda hə mətbuat, həm də azarkeşlər bizi tənqid edir. Ancaq mən onlara mövsümün əvvəlində “Neftçi” ilə oyun öncəsi gəzən söz-söhbətləri xatırladıram. O zaman da heç kim bizə inanmırdı. Sonra isə hər şey fərqli oldu. Deməli, bu komandada ayağa qalxa biləcək güc var”.
 
Qeyd edək ki, “Neftçi” İsrail təmsilçisi ilə iki  oyun keçirmiş və heç birində qalib gələ bilməmişdi.“Ağ-qaralar” rəqibi ilə ilk oyunda evdə heç-heçə etmiş (2:2), səfərdə isə məğlub olmuşdu (2:1).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right