Reynaldo bu kluba keçir

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo karyerasını Gürcüstanda davam etdirməyə yaxındır.

Newsport.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu Batumi "Dinamo"su ilə razılığa gəlib. O, gələn həftəinin bazar ertəsi tibbi müayinədən keçmək və müavilə imzalamaq üçün qonşu ölkəyə gedəcək.

Qeyd edək ki,  Reynaldo ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb. Ötən ilin iyulunda Qazaxıstan  "İrtış"ı ilə müqavilə imzalayan 30 yaşlı oyunçu elə həmin ay klubdan ayrılmışdı. Reynaldo o vaxtdan indiyə kimi klubsuzdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right