"Azərbaycan millisinin gücü hər kəsə bəllidir" rusiyalı oyunçu

Rusiya millisinin futzalçısı Artyom Antoşkin dünya çempionatının elit-raundunun ilk turunda Slovakiyaya 7:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib. Newsport.az xəbər verir ki, rusiyalı oyunçu Azərbaycan millisi ilə bağlı da danışıb:

“Turnirdəki ilk matçımızda qalib gəlmək vacib idi. Qələbə ilə başlamaq hər zaman yaxşıdır. Növbət oyunumuz Azərbaycanla olacaq. Onların gücü hər kəsə bəllidir. Ancaq bir qələbə ilə kifayətlənmək niyyətində deyilik”.

Qeyd edək ki, Rusiya-Azərbaycan matçı bu gün saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right