Fransızlar "Qarabağ"ın futbolçusundan niyə imtina etdilər?

“Lans" "Qarabağ"ın müadafiəçisi Faysal Rerrası transfer etməkdən imtina edib.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, ikinci liqa təmsilçisi əvvəlcə belçikalı müdafiəçini transfer etməyi planlaşdırıb. Ancaq klubdakı son iclasdan sonra belə qənaətə gəlinib ki, komandada sol cinahda oynaya biləcək kifayət qədər futbolçu var.  Bu səbəbdən 26 yaşlı oyunçunun transferindən imtina edilib.

Qeyd edəkki, F.Rerrasla İtaliyanın "Benevento", "Krotone",  Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right